Bir cənub şəhərində
Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.
Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi.